METBUAT.AZ

Hadisə

Qazi meyxanaçının evini qarət etdi -

31 İyul 2024 15:42

Meyxanaçı Ələkbər Yasamallının evini talayıblar.

Metbuat.az Qaynarinfo.az-a istinadən bildirir ki, bu barədə onun özü məlumat verib. Meyxanaçı bildirib ki, onun evinə gecə vaxtı bir dəstə adam daxil olub və bütün əşyalarını aparıblar:

"45 yaşım var, bundan sonra mənə torpağın üstü deyil, altı maraqlıdır. Burada söhbət konkret cinayət əməlindən gedir. 2005-ci ildə tiktiyim evin qarşısı yola açılır. Alverçi olmadığımdan həmin sahə ilə maraqlanmamışam. İndi bir dəstə adam gəlib mənə həmin ərazi üçün küllü miqdarda pul təklif edib. Razı olmadım. Dedim ki, burada bir neçə adamın haqqı var, gedin onlarla razılaşın. Heç kəs razılaşmadı. Gördülər ki, razı olmadıq, zora əl atdılar. Evimi talayıblar, içərisində nə varsa, aparıblar. Hadisənin video görüntüləri var".

Meyxanaçı evinin talanmasında bu şəxsi ittiham edib:

"Məhləni əlimizdən alıb meyvə dükanı açmaq istəyirlər. Evin ustasını, qavrolçunu hədələyirlər. Elə vəzifəli adamların adlarını çəkirlər ki, adamı vahimə basır. Hər gün gəlir, evdən çıxmağımızı tələb edir. Deyirəm ki, sən mənim evimdə meyvə satmaq istəyirsən, amma sənin əlin-qolun var. Şəhid balası torpağın altındadır. Sən onun torpağına əl qoyursan. Onun ailəsinin öz evində yaşaması daha çox onun haqqıdır. Gəl nə tikirsənsə tik, heç olmasa şəhidin balasının haqqını ver".

Ələkbər Yasamallı artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduğunu qeyd edib:

"Məni qorxudur. Deyir ki, birbaşa yuxarıya çıxışım var. Qazidir, Şamaxıdandır, dediyinə görə zavodu var, amma mənim bir tikəmi də əlimdən almaq istəyir. Onların evimə vurduğu ziyanın çəkilişləri var, hamısını hüquq-mühafizə orqanlarına təqdim etdim".


metbuat.az.