METBUAT.AZ

Hadisə

Qəbələdə orta məktəbdə yanğın

26 İyul 2024 15:08

Qəbələ rayonunun Zarağan kəndində yanğın olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 2300 m² (hər mərtəbəsi 1150 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


metbuat.az.