METBUAT.AZ

Sağlamlıq

Qida zəhərlənməsinə səbəb olan əsas amillər

29 İyul 2024 17:51

Qida zəhərlənmələrinə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən Metbuat.az-a bildiriblər ki, ev (məişət) şəraitində qida hazırlayarkən qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara diqqət edilməlidir:

- Yeməkləri, xüsusilə də ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olmaq;

- Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməmək;

- Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirmək;

- Həyətyanı sahələrdən tanınmayan göbələkləri yığmamaq və istehlak etməmək;

- Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırmaq və ya dondurmaq.

Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!


metbuat.az.