15 İyul 2024 04:01
Bəzi bitki çayları pəhrizdən daha təsirli nəticə verir.
Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, arıqlamağa ən çox kömək edən çaylar arasında qızılgül çayı da yer alır.
Bu çay gündə 2 stəkan içildikdə həzmi anında aktivləşdirir. Həm də toxluq hissi verərək arıqlamağı asanlaşdırır.
Gül çayının digər faydaları:
* C vitamini ilə zəngin olduğu üçün müxtəlif infeksiyalarla mübarizə aparmağa kömək edir. Güclü immunitet sistemi effektiv şəkildə arıqlamaqla birbaşa əlaqəlidir.
* Antioksidantlarla zəngindir. Buna görə də infeksiya ilə mübarizə aparır.
* Toksinlərin çıxarılmasına kömək edir.
* Sidikqovucu təsiri sayəsində sidik yolları infeksiyalarının qarşısını alır.