METBUAT.AZ

Hadisə

Qubada sel körpünü uçurdu, 6 kəndlə əlaqə kəsildi

29 İyul 2024 10:54

Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

Metbuat.az Report-a istinadən bildirir ki, Quba-Xınalıq yolunun 42-ci kilometrində yerləşən Əlikçayın üzərindəki körpü uçub.

Məlumata görə, iyulun 28-dən başlayaraq yağan güclü yağışlardan əmələ gələn sel körpünü uçurdub.

Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.

Həmin kəndlərin sakinlərinə körpü bərpa olunana qədər Xınalıq-Susay-Alpan yolundan istifadə etmək tövsiyə olunub.


metbuat.az.