16 İyul 2024 16:16
“Artıq 500-ə yaxın şəxs öz namizədliyini irəli sürüb”.
Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.
“Bu gündən etibarən bizim partiyadakı şəxslərdə öz namizədliyini günün ikinci yarısından sonra irəli sürməyə başlayacaq. Aktivlik kifayət qədər normaldır. Yəqin ki, bundan sonra daha çox insan namizədliyini irəli sürəcək. Yəqin ki, çox namizəd gözləyir ki, hakim partiya üzvləri öz namizədliyini irəli sürsün”.
Deputat deyir ki, 44 günlük savaşda Azərbaycan dövləti, o cümlədən hakim partiya böyük bir tarixi uğura imza atdı. Biz seperatizmə son qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik. Hakim Partiyanın bir milyona qədər üzvü var:
“Hakim Partiyanın iqtisadi və maliyyə resursları həddindən artıq böyükdür. Əlavə olaraq inzibati resurslar da var. Ona görə də bir çox partiyalar namizədliyini irəli sürmürlər ki, hakim partiyanın nisbətən zəif hansı dairələrdən namizəd olacaqlarsa, həmin dairələrdən namizədliklərini irəli sürsünlər”.
Q.Həsənquliyevin fikrincə, hakim partiyada artıq vaxt azalır. Artıq imzama toplama kompaniyasına cəmi 14 gün vaxt qalır. Onlar bu günlərdə öz siyahılarını açıqlayacaqlar. Bundan sonra daha çox insan öz namizədliyini irəli sürəcək.
“Mən bilirəm ki, çox iddialı namizədlər hakim partiyanın öz siyahısını açıqlamasını gözləyir. İnanıram ki, seçkilər uğurla keçəcək, Azərbaycan bu seçkilərdən daha güclü formada çıxcacaq. Ona görə ki, bizim qarşımızda böyük çağırışlar var. Bizə qarşı xaricdən təhdidlər var. Bunlara sinə gərmək üçün Azərbaycanın daxilində birlik və həmrəylik olmalıdır. Ölkədə siyasi qüvvələr arasında rəqabət olmalıdır. Amma bu, cəmiyyətin parçalanmasına yol açmamalıdır və cəmiyyəti bölməməlidir. Çünki lazım olduğu zaman bir yumruq kimi birləşə bilməyi bacarmalıyıq”.
Mədinə Zaur/Metbuat.az