METBUAT.AZ

Ölkə

Qurban Yetirmişli güclü zəlzələ ehtimalından danışdı

17 İyul 2024 12:17

Azərbaycan-Gürcüstan sərhədində 4.8 maqnitudalı zəlzələ olub.

Metbuat.az Trend-ə istinadən bildirir ki, hadisə ilə bağlı açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.

"Ölkəmizdə qeydə alınan zəlzələlərin çoxu hiss edilmir. Qorxulu nəsə yoxdur, Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir", - deyə Q.Yetirmişli əlavə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Zaqatala seysmik stansiyasından 61 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 5 km dərinlikdə 4.8 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.


metbuat.az.