METBUAT.AZ

İdman

Qurbanov onunla bağlı qərarını verdi -

21 İyul 2024 22:01

"Qarabağ" yay təlim-məşq toplanışını komandanın düşərgəsində keçirən İbrahim Ramazanovla bağlı yekun qərarını verib.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, baxışda olan istedadlı futbolçu ilə müqavilə imzalanmayıb. Buna səbəb komandada olan böyük rəqabət olub. Ramazanovun xidmətində isə bir neçə başqa Premyer Liqa təmsilçisi də maraqlıdır. Yekun qərarda bu məqam da rol oynayıb.

Baş məşqçi Qurban Qurbanov gənclər millimizin üzvünün indiki durumda digər klublarımızdan birində karyerasını davam etdirməsinin onun inkişafı üçün daha məqsədəuyğun hesab edib.


metbuat.az.