26 İyul 2024 01:15
"Rahat qələbə olmadı. Oyunçularda yorğunçuluq var idi. Birinci 20 dəqiqəni yaxşı oynaya bilmədik".
Metbuat.az xəbər verir ki, bu sözləri "Fehervar"ın baş məşqçisi Tamaş Peto Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sumqayıt”la ilk oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib. Mütəxəssis komandasının daha çox qol vurmağa qadir olduğunu söyləyib:
"İlk 20 dəqiqədən sonra oyuna ciddi yanaşa bildik və nəticə göz qabağındadır. Qırmızı vərəqədən sonra oyuna necə yanaşmalı olduğumuzu bildik və bunun nəticəsində qələbə qazandıq. Çox qol vura bilərdik. İlk hissədə də qaçırdığımız epizodlar oldu".
O. “Sumqayıt”ın azlıqda qalmasının ""Fehervar"ın oyununa təsirindən də danışıb: "Qırmızı vərəqədən sonra çalışdıq ki, rəqibin bizi əks-hücumda yaxalamasına imkan verməyək. Çətinlik çəkdik. “Sumqayıt”ın irəli xəttdəki oyunçuları təhlükəli idi. Diqqətli oynamağa çalışdıq".