METBUAT.AZ

Mədəniyyət

Rasim Balayev əməliyyat olundu

8 İyul 2024 11:07

Xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.

Metbuat.az Qaynarinfo.az-a istinadən bildirir ki, aktyor əməliyyat olunduğunu bildirib:

"Belimdə uzun illərdir problemlər var idi. Ya əməliyyat olunmalı idim, ya da müalicə. Həkimlər fizoterapiya müalicə kursu təyin etdilər. Baxdılar ki, nəticə vermir. İllərdir əziyyət çəkirdim, axırda dedim ki, əməliyyat edin, canım qurtarsın".

Aktyor hazırda evdə olduğunu vurğulayıb:

"Müalicə yazıblar, görək necə olacaq".


metbuat.az.