METBUAT.AZ

İdman

"Real" Arda barədə yekun qərarını verdi

10 İyul 2024 21:08

“Real”ın bir sıra oyunçularının yeni forma nömrələri müəyyən edilib.

Metbuat.az xəbər verir ki, Federiko Valverde karyerasını bitirən Toni Kroosun oynadığı “8 nömrə”ni alıb. Boşalan “15 nömrə”ni Arda Gülər götürüb. Eduardo Kamavinqa 12 əvəzinə “6 nömrə”ni seçib. Orelyen Çuameni “18 nömrə”sini Xesus Valyexoya verib. Özü isə 14-ü seçib.

“Real”ın yeni transferi Kilian Mbappeyə Kərim Benzemanın gedişindən sonra boş qalan “9 nömrə” verilib.


metbuat.az.