METBUAT.AZ

İdman

“Real” daha bir ulduzu futbolçunu pulsuz almaq istəyir -

24 İyul 2024 08:25

Kilian Mbappeni transfer edən "Real Madrid" artıq növbəti mövsüm üçün transfer planlarına başlayıb.

Metbuat.az xəbər verir ki, “Real Madrid” “Liverpul”da çıxış edən ingilis sağ cinah müdafiəçisi Trent Alexander-Arnoldu gələn mövsümün sonunda heyətinə pulsuz qatmaq istəyir. AS qəzetinin məlumatına görə, “Real” Dani Karvahalın yaşının irəliləməsi səbəbindən sağ cinah müdafiəçi transferinə üstünlük verir. Trent Alexander-Arnold “Liverpul”dan ayrılmağa razıdır. Ona bir sıra klublardan təklfilər var. Bildirilir ki, “Real” futbolçunu razı salmaq üçün Bellinghemi irəli sürüb. Bellinghem İngiltərə millisində birlikdə oynadığı komanda yoldaşını “Real”a gəlməyə razı salamağa çalışır.

Qeyd edək ki, Trent Alexander-Arnold ötən mövsüm "Liverpul"un heyətində 37 rəsmi matçda 3 qol vurub, 9 məhsuldar ötürmə edib. Futbolçunun "Liverpul"la müqaviləsi 2025-ci ildə başa çatır.


metbuat.az.