METBUAT.AZ

İdman

"Real" və "Çelsi" arasında futbolçu mübadiləsi -

26 İyul 2024 10:42

Qapıçı axtarışlarını davam etdirən "Real Madrid" ötən mövsüm “Çelsi”dən icarəyə götürdüyü Kepa Arrizabalaqanı heyətinə qatmaq istəyir.

Metbuat.az xəbər verir ki, Tibo Kurtua zədədən qayıdandan sonra Andriy Lunin ehtiyatda qalacaq. Buna görə də, Andriy Lunin klubdan getmək istəyir. “Real” onun boşluğunu doldurmaq üçün Kepa Arrizabalaqanı transfer etməyə çalışır. AS qəzetininin məlumatına görə, “Çelsi” Andriy Luninin xidmətində maraqlıdır. “Real Madrid”in "Çelsi"yə iki qapıçının dəyişdirməyi təklif etdiyi, İngiltərə klubunun isə Kepa üçün mübadilədən əlavə bir qədər transfer haqqı istədiyi bildirilib.

Ötən mövsüm "Real Madrid"də çıxış edən və komandasının mövsümöncəsi düşərgəsində ABŞ-da iştirak etməyən Kepanın da "Real Madrid"ə qayıtmaq istədiyi irəli sürülür.


metbuat.az.