METBUAT.AZ

İqtisadiyyat

Rusiyada kripto satışı ilə bağlı qanun təsdiqləndi

30 İyul 2024 17:22

Rusiyada kriptovalyuta satışını tənzimləyən qanun təsdiqlənib.

Metbuat.az rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Duması qərar qəbul edib. Qanuna görə, sözügedən fəaliyyətlə bilavasitə Rusiya ərazisində qeydiyyatdan keçən hüquqi şəxslər və fərdi sahibkarlar məşğul ola biləcəklər. Kriptovalyuta ticarəti ilə məşğul olanlar üçün tələblər yalnız Mərkəzi Bankın razılığı ilə hökumət tərəfindən müəyyənləşdirilə bilər.

Qanunla hökümətə Rusiyanın ayrı-ayrı regionlarında kriptovalyuta ticarətinə qadağa tətbiq etmək səlahiyyəti verilib. Bu ilin 1 noyabrından qüvvəyə minəcək qanuna əsasən, ölkə ərazisində kriptovalyutaların reklamı qadağan edilib.


metbuat.az.