METBUAT.AZ

Dünya

Sabah Pezeşkian and içəcək

27 İyul 2024 11:44

Sabah səhər saat 10-da İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi baş tutacaq.

Metbuat.az xəbər verir ki, “Tasnim” agentliyi məlumat yayıb. Mərasimdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, dövlət məmurları, hərbçilər, universitet rektorları, xarici ölkələrin səfirləri də iştirak edəcəklər.

Qeyd edək ki, andiçmə mərasiminin iyulun 30-da keçiriləcəyinə dair məlumat yayılmışdı.


metbuat.az.