METBUAT.AZ

İdman

"Sabah" səfərdə qalib gəldi -

25 İyul 2024 23:21

"Sabah" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) komandası üz-üzə gəlib.

Metbuat.az-ın məlumatına görə, Macarıstandakı "Varkert" stadionunda baş tutan qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Bayquşların" heyətində 61-ci dəqiqədə Safranko hesabı açıb. 78-ci dəqiqədə Jesse Sekidika "Sabah"ın üstünlüyünü iki topa çatdırıb. Yekun hesabı isə 88-ci dəqiqədə adını tabloya yazdıran Xəyal Əliyev müəyyənləçdirib.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı 1 həftə sonra Bakıda keçiriləcək.


metbuat.az.