METBUAT.AZ

İdman

Şahruddin Azərbaycan klublarının təkliflərini rədd etdi

15 İyul 2024 19:28

Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev "Sabah" və "Neftçi"nin təkliflərini qəbul etməyib.

Metbuat.az xəbər verir ki, bu barədə qapıçının meneceri məlumat paylaşıb. Futbolçunun meneceri bildirib ki, 29 yaşlı qapıçı Azərbaycana qayıdacağı təqdirdə, "Neftçi" və "Sabah"ın formasını geyinməyəcək.

Qeyd edək ki, bu mövsüm Türkiyə Super Liqasına yüksələn "Eyüpspor" klubu da Şahruddin Məhəmmədəliyevə təklif göndərib.


metbuat.az.