METBUAT.AZ

İdman

Şahruddin "Qarabağ"a geri dönür

16 İyul 2024 16:56

"Qarabağ" sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevin keçidini bu gün açıqlayacaq.

Metbuat.az Report-a istinadən bildirir ki, Ağdam təmsilçisi 30 yaşlı qolkiperlə rəsmi müqavilə bağlayacaq.

"Köhlən atlar" daha əvvəl Almaniya vətəndaşlığına malik xorvatiyalı qapıçı Fabian Buntiçi sıralarına cəlb edib.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev son olaraq Türkiyənin Superliqa təmsilçisi "Adana Dəmirspor"un şərəfini qoruyub.


metbuat.az.