19 İyul 2024 23:38
“Şamaxı” klubu yeni transfer etdiyi futbolçusu Lubeni Haukonqo ilə yollarını ayırıb.
Klubdan Metbuat.az-a verilən məlumata görə, Namibiya millisinin üzvü Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.
Qeyd edək ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanmışdı.