24 İyul 2024 11:29
Uzun illərdir ürək xəstəlikləri və dəri problemləri kimi müxtəlif məqsədlər üçün istifadə edilən sarımsaq yağının bir çox faydaları var.
Metbuat.az xarici mediaya istinadən onun faydalarını təqdim edir:
İltihab əleyhinə və antibakterial yağ olduğu üçün yüksək qan təzyiqi üçün faydalıdır
Xolesterolu azaltmağa kömək edir
Bəlğəmgətirici xüsusiyyətlərə malik olduğundan, bronxit kimi xəstəliklərin müalicəsində istifadə edilə bilər
İmmunitet sistemini gücləndirən xüsusiyyətlərə malik olduğu üçün soyuqdəymə və qrip kimi xəstəliklərdən qorunmaqda faydalıdır
Bədəni toksinlərdən təmizləyir
Sümük sağlamlığını yaxşılaşdırır
Sızanaq yaradan bakteriyaları yox edir
Salmonella kimi qida zəhərlənməsinə səbəb olan bakteriyaları aradan qaldırır
Alopesiya isata və ya göbələk kimi dəri infeksiyalarını müalicəsində istifadə edilir
Diş əti iltihabının və xəstəliklərin sağalmasına kömək edir
Saç tökülməsini aradan qaldırır
Daimi istifadə edildikdə diabetə qarşı təsirli ola bilər.