20 İyul 2024 13:47
İspaniyanın "Sevilya" klubunda forma geyinən Yusif En-Nesri "Fənərbağça" bütün şərtlərdə anlaşıb.
Metbuat.az bildirir ki, bu barədə ispan klubunun mətbuat katibi Xavier Santos məlumat yayıb. O bildirib ki, transfer görüşmələrinin ardından futbolçu İstanbula getməyə yaxındır və Səudiyyə komandalarının futbolçu ilə görüşdüyü xəbərləri doğru deyil.
Qeyd edək ki, 27 yaşlı En-Nesri Mərakəş millisində 73 oyuna çıxıb. O, karyerası ərzində "Malaqa", "Leqanes" və "Sevilya" formaları geyinib. Futbolçu karyerası ərzində 290 matçda 93 qol vurmağı bacarıb.