METBUAT.AZ

Siyasət

Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Azərbaycana səfəri başladı

5 İyul 2024 01:02

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, o, iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.

Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir. Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.


metbuat.az.