METBUAT.AZ

Ölkə

Şimali Koreya Kişidanın Almaniyaya səfərini pislədi

15 İyul 2024 17:19

Şimali Koreya Yaponiyanın baş naziri Kişida Fumionun Almaniyaya səfərini pisləyib.

Metbuat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Pxenyan səfər zamanı imzalanan müqaviləni “müharibə cinayətləri törədən iki ölkə arasında gizli hərbi razılaşma” kimi qiymətləndirib.

O, eyni zamanda NATO-nun Hind-Sakit Okean regionundakı ölkələr, Şimali Koreya və ABŞ ilə əməkdaşlığı artırmaq üçün atdığı addımı pisləyib. Həmçinin Cənubi Koreya və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün atdığı addımların “NATO-nun Asiya versiyasını yaratmaq cəhdi” olduğunu irəli sürüb.


Mədinə Zaur/Metbuat.az


metbuat.az.