METBUAT.AZ

Ölkə

Şimşək çaxır, yağış yağır -

26 İyul 2024 16:22

İyulun 26-sı saat 16:00-a olan məlumata görə, bəzi rayonlarda şimşək çaxır, arabir yağış yağır.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Altıağac, Şahdağ, Qrız, Qusar (Laza), Quba, Qəbələ, Naftalan, Goranboy, Ceyrançöl, Tovuz, Tərtər, Gəncə, Ağstafa, Ceyrançöl, Ağdam, Göygöl, Bərdə, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Biləsuvar, Lənkəranda şimşək çaxır, arabir yağış yağır.

Lerik, Qrız, Balakən, Şəki, Göygöl, Daşkəsəndə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 33, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 22 dərəcəyədək isti qeydə alınıb.


metbuat.az.