METBUAT.AZ

Dünya

Space X-in Falcon9 raketi kosmosda partladı

13 İyul 2024 12:56

Space X-in Falcon9 raketi kosmosa 344-cü buraxılışından sonra ilk dəfə qəzaya uğradı.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, insansız uçuş zamanı Starlink peyklərini orbitə daşıyan raket texniki nasazlıqdan sonra kosmosda partlayıb.

Kamera görüntülərindən raketin xarici gövdəsində külli miqdarda buz yığıldığı görüldü.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada, SpaceX, nasazlığın səbəbini araşdıracaq. Astronavtlarını kosmik stansiyaya aparmaq üçün Falcon 9 raketlərindən istifadə edən NASA isə açıqlama verməkdən imtina edib.

Mədinə Zaur/metbuat.az


metbuat.az.