METBUAT.AZ

Ölkə

​Sumqayıtda evdə tək olan 12 yaşlı qız faciəvi şəkildə öldü

5 İyul 2024 21:24

Sumqayıtda evdə tək olan 12 yaşlı uşağın üzərinə şüşə düşüb, uşaq qanaxmadan ölüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə 1-ci mikrorayonda qeydə alınıb.

2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub. Ehtiyatsızlıqdan qapının şüşəsi üzərinə düşən qız qanaxmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.