METBUAT.AZ

Hadisə

Süpürgəçi qadını maşın vurub öldürdü

8 İyul 2024 10:16

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

Metbuat.az-ın məlumatına görə, hərəkətdə olan "Mercedes" markalı avtomobil yol kənarını təmizləyən rayon sakini 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Qəza nəticəsində qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.