METBUAT.AZ

Hadisə

Şuşaya işləməyə gedənlər qəzaya düşdü

8 İyul 2024 08:57

Gəncə və Qazax sakinləri avtomobil qəzasında xəsarət alıblar.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, minik avtomobili traktorla toqquşub.

Nəticədə minik avtomobilində olan Şuşa şəhərinə çalışmağa gedən Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü P.Əliyev və Qazax rayon sakini 2001-ci il təvəllüdlü B.Bayramov xəsarət alıblar.

Onlar Gəncə şəhərindəki xəstəxanlardan birinə yerləşdirilib. Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.