15 İyul 2024 14:04
Qadın güclü varlıqdır. O, qoyduğu hədəfinə doğru dayanmadan irəliləyir. İşgüzar qadınlar isə daha güclüdür. Çünki onlar eyni zamanda karyerası və ailəsi arasında balansı qoruyurlar. Qadın güclüdürsə, onun yetişdirdiyi fərdlər və dolayısıyla cəmiyyət güclüdür.
Müstəqillik qazandıqdan sonra ölkəmizdə gender disbalansının bərpası üçün görülən işlər artıq nəticə verir. Bu gün Azərbaycan cəmiyyəti çoxsaylı işgüzar xanımlar yetişdirir.
Onlardan biri də Türkiyədə yaşayan azərbaycanlı işgüzar xanım Gizem Aslandır. Türkiyənin nüfuzlu və beynəlxalq moda akadmiyası Vakko Esmod-un tələbəsi olan işgüzar xanım moda sahəsində ixtisaslaşıb.
Gizem Aslan Rogiz şirkətinin təsisiçisidir. Gələcəyə yönəlik böyük hədəfləri olan işgüzar xanım, son olaraq 3 İyul 2024-cü il tarixində beynəlxalq “Millionaire Concept Gala” layihəsində ilin “The Most Fashionable Designer of the Year” nominasiyasına layiq görülüb.