METBUAT.AZ

Ölkə

Tanınmış həkim deputatlığa namizəd oldu -

22 İyul 2024 14:36

Tanınmış endokrinoloq Jalə Oqtayzadə 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Metbuat.az bildirir ki, Jalə Oqtayzadə 1988-ci ildə Tərtər rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Daha sonra Türkiyənin "İstanbul Eğitim və Araşdırma” xəstəxanasında endokrinologiya ixtisası üzrə bir çox kursları müvəffəqiyyətlə başa vurub.

Sentyabr ayında baş tutan 1 günlük antiterror əməliyyatından sonra müzəffər ordumuzun işğaldan azad etdiyi Xankəndi şəhərində könüllü olaraq həkim kimi fəaliyyətə başlayıb. O, oktyabr-iyun ayları ərzində Xankəndi Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Jalə Oqtayzadə fəaliyyəti ərzində bir çox özəl klinikalarda işləyib, ixtisası üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara yiyələnib. COVID-19 pandemiyası dövründə könüllü həkim kimi koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olub.

Hazırda Referans Medikal Qrupda fəaliyyətini davam etdirir. Tanınmış həkim "Türkiye endokrinoloji ve metabolik hastalıklar” dərnəyinin də üzvüdür.

Onun atası uzun illər hərbçi kimi vətənə xidmət edib, I Qarabağ və 44 günlük Vətən Müharibəsində ön cəbhədə vuruşub.


metbuat.az.