3 İyul 2024 14:45
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az xəbər saytının rəhbəri, media eksperti Səbuhi Abbasov 1 sentyabr-Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürüb.
Metbuat.az xəbər verir bu barədə jurnalist özü məlumat verib. O, bildirib ki, deputatlığa namizədliyini 54 Saylı Mingəçevir Seçki Dairəsindən irəli sürüb: "Böyük qürur hissi ilə deyirəm ki, sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərə qatılmaq üçün ilkin sənədlərimi 54 Saylı Mingəçevir Seçki Dairəsinə təqdim etdim. Bu dəfə səsiniz mütləq eşidiləcək. Hər şey yenidən başlayır".