METBUAT.AZ

İdman

Təmsilçimiz 43-cü oldu -

31 İyul 2024 15:04

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.

Metbuat.az xəbər verir ki, idmançı yarışı 43-cü pillədə başa vurub. O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.

Dünən keçirilməli olan triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə təxirə salınmışdı.

Olimpiada avqustun 11-də başa çatacaq.


metbuat.az.