METBUAT.AZ

Hadisə

"TikTok" videosu ölümünə səbəb oldu -

20 İyul 2024 12:13

Ötən gün Qusar rayonunda uğursuz dönmə əməliyyatı edən sürücü ağır qəzaya səbəb olub və nəticədə həyatını itirib.

Metbuat.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Qeyd edilib ki, onun bu hərəkətini dostları "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün çəkirmişlər.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.

İdarənin İctimai Qurumlarla Əlaqə Şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqlədi. Onun sözlərinə görə, hadisə ötən gün saat 12 radələrində Qusar rayonu, Əcəxuroba kəndi ərazisində baş verib:

"Quba rayon sakini Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə Düztahir kənd sakini Albert Xaspoladovun idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub. Qəza nəticəsində 29 yaşlı Albert Xaspoladov hadisə yerində həyatını itirib.

İlkin ehtimala görə, hadisəyə səbəb VAZ avtomobilinin sürücüsünün kobud qayda pozuntularına yol verərək yük avtomobilinin yoluna çıxması olub. Əraziyə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır".

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə və bu kimi ağır yol-nəqliyyat hadisələrindən düzgün nəticə çıxarmağa çağırır",- deyə qurum rəsmisi vurğulayıb.


metbuat.az.