METBUAT.AZ

Dünya

Trampa qarşı sui-qəsd onun qələbə şansını artırıb -

14 İyul 2024 16:18

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd onun qarşıdan gələn seçkilərdə qalib gəlmək şansını artırıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu fikri bir neçə respublikaçı konqresmen “Politico”ya şərhlərində bildirib.

Viskonsin ştatından olan respublikaçı nümayəndə Derrik Van Orden deyib: “Prezident Tramp bu hücumdan sağ çıxdı – o, sadəcə seçkilərdə qalib gəldi”.

“Politico” yazır ki, respublikaçıların hamısı Trampın qələbəsinə bu qədər inamı bölüşməsə də, bir çoxları sui-qəsdin onun dəstəyini gücləndirəcəyini proqnozlaşdırır.

Tennessi ştatının nümayəndəsi Tim Burçett "bu, hər şeydən çox əsas elektorata enerji verəcək" deyib.


metbuat.az.