METBUAT.AZ

Ölkə

Tural Abbaslı barədə qərar verildi

31 İyul 2024 00:42

AĞ Partiya başqanı Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb.

Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ağ Partiya Seçki Qərargahının rəhbəri Kamran Məmmədli məlumat verib .

K.Məmmədli bildirib ki, partiya sədri Tural Abbaslının namizədliyi 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən irəli sürülüb və Partiya sədrinə artıq namizədliyinin qeydə alınması barədə müvafiq vəsiqə də təqdim edilib.

Xatırladaq ki, Tural Abbaslının Yeni Azərbaycan Partiyasından (YAP) rəqibi Məlahət İbrahimqızıdır.


metbuat.az.