METBUAT.AZ

İdman

Türkiyə 1/4 Niderlanda məğlub oldu -

7 İyul 2024 00:58

AVRO-2024-ün 1/4 final mərhələsinə bu gün yekun vurulub.

Metbuat.az xəbər verir ki, sonuncu yarımfinalçı Berlində bəlli olub.

Qardaş Türkiyə yığması Niderlandla görüşüb. “Ay-ulduzlular” Sametin qolu ilə fasiləyə üstün yollansalar da, ikinci hissədə "narıncılar" oyunun axarını öz xeyirlərinə dəyişə biliblər. 6 dəqiqəyə 1 qol vuran Niderland yığması yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 9-10-da keçiriləcək.

AVRO-2024

1/4 final

6 iyun

23:00. Niderland – Türkiyə - 2:1

Qollar: Stefan De Vrey, 70. Kodi Qapko, 76 - Samet Akaydın, 35

Baş hakim: Klemen Turpin (Fransa)


metbuat.az.