31 İyul 2024 09:40
Türkiyə HƏMAS lideri Haniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsini lənətlədiyini bildirib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər nazirliyinin bəyanatında qeyd olunub.
“Netanyahu hökuməti sülh niyyətində olmadığını növbəti dəfə göz önündə sərgilədi. Bu hücum Qəzza məsələsini regional müstəvidə genişləndirməyi hədəfləyirlər. Beynəlxalq toplum İsraili dayandırmaq üçün hərəkətə keçməyəcəyi təqdirdə bölgəmiz bundan daha çox böyük qarşıdurmalara şahid olacaq”.