METBUAT.AZ

İdman

Türkiyə klubu Azərbaycan millisinin futbolçusunu icarəyə götürmək istəyir

31 İyul 2024 10:25

I Liqa təmsilçisi "Erzurumspor" Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun icarəsi üçün İsveçrənin "Qrasshopper" klubu ilə danışıqlar aparır.

Metbuat.az xəbər verir ki, futbolçu karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Bildirək ki, Renat Dadaşov ötən mövsüm icarə əsasında "Hatayspor"un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.


metbuat.az.