METBUAT.AZ

İdman

Türkiyə klubu "Qarabağ"ın hücumçusunu almaq istəyir

26 İyul 2024 11:08

Türkiyənin "Ankaragücü" klubu "Qarabağ"da forma geyinən Redon Cica ilə maraqlanır.

Metbuat.az bildirir ki, bu barədə türk mediasında məlumat yer alıb. Məlumata görə, yeni mövsümdə güclü heyət quraraq əsas liqaya qayıtmaq istəyən klub yaxşı hücumçu axtarışındadır və albaniyalı futbolçunu transfer etmək istəyirlər.

Qeyd edək ki, Redon Cica son mövsümdə "Qarabağ"ın heyətində 37 matça çıxıb və 7 qol vurub.


metbuat.az.