METBUAT.AZ

İdman

Türkiyə millisinə pis xəbər -

5 İyul 2024 15:01

UEFA Türkiyə millisinin müdafiəçisi Merih Demirala 2 oyunluq cəza verib.

Metbuat.az xəbər verir ki, buna səbəb futbolçunun 1/8 final mərhələsində Avstriyaya qarşı keçirilən oyunda (2:1) qol vurduqdan sonra “bozqurd” işarəsi göstərməsidir. Nəticədə Merih sabah 1/4 final mərhələsində Niderlanda qarşı matçda meydana çıxa bilməyəcək.

Məlumata görə, Türkiyə Futbol Federasiyası və futbolçunun özü İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.


metbuat.az.