2 İyul 2024 09:11
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki nazirin dəyişdirilməsi barədə sərancam imzalayıb.
Metbuat.az xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamı "Resmi Gazete" hökumət qəzetində dərc olunub.
Sərəncama əsasən, Fahrettin Kocanın yerinə Kamal Memişoğlu ölkənin səhiyyə naziri təyin edilib. Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmet Özhasekini isə 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurum əvəz edib.
Qeyd edək ki, Koca və Özhaseki daha əvvəl istefa ərizələrini prezidentə təqdim ediblər. Özhasekinin bu qərarına səbəb səhhətində yaranan problemlər olub.