METBUAT.AZ

Hadisə

Türkiyədən saxta dollar gətirdi, 7 il cəza aldı

22 İyul 2024 11:27

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədən Azərbaycana saxta dollar gətirərək satmaqda təqsirləndirilən Səadət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi basşa çatıb.

Metbuat.az-ın məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə, S. Məmmədova 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, S. Məmmədova Türkiyəyə gedərək orada Murad Əbdürrəhimov adlı şəxsdən saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən xarici valyutanı satış məqsədilə əldə edib və Azərbaycana gətirib.

İş üzrə dörd nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, Səadət Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 204.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.


metbuat.az.