METBUAT.AZ

Ölkə

Türkmənistan vətəndaşı ölkəsinə ekstradisiya edildi

25 İyul 2024 19:18

Saxta pul hazırlamada təqsirləndirilən Türkmənistan vətəndaşı, 1994-cü il təvəllüdlü Hacımuhammet Bekcanov ölkəsinə ekstradisiya edilib.

Bu barədə Metbuat.az-a Azərbaycanın Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, H.Bekçanov 2019-cu ildə beynəlxalq axtarışa verilib və Azərbaycan Respublikası Baş Prokurorluğu onun ölkəsinə verilməsinə dair Türkmənistanın Baş Prokurorluğunun vəsatətini təmin edilib.

Bildirilib ki, Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında Azərbaycanda müəyyən edilərək həbs edilib.

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.


metbuat.az.