METBUAT.AZ

İdman

UEFA-ya tələb irəli sürüldü -

9 İyul 2024 14:12

300 min Almaniya azarkeşi UEFA-ya petisiya göndərib.

Metbuat.az xəbər verir ki, petisiyada Almaniya-İspaniya matçının təkrar edilməsi tələb edilib. Azarkeşlər hesab edir ki, topun Marc Cucurellanın əlinə dəydiyi epizod penaltidir.

Qeyd edək ki, UEFA Almaniya-İspaniya oyunundakı mümkün penalti epizodu barədə bəyanat yayıb. UEFA referinin qərarının düzgün olduğunu, çünki ispan futbolçunun neytral vəziyyətdə dayandığını bildirib. Oyun İspaniyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb və komanda yarımfinala yüksəlib.



metbuat.az.