19 İyul 2024 09:30
"Keçid balının formalaşması müsabiqə yekunlaşanda bilinir və bunun üçün bir sıra parametrlər var".
Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elekron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.
O bildirib ki, bəzən abituriyentlər və valideynləri müsabiqə şərtləri ilə keçid balını qarışıq salırlar. İxtisas seçimi üçün müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq.
"Bəzi ekspertlər qəbul ballarının yüksək olacağı ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Təxmini cavablar üzrə situasiyanı görmək isə mümkün deyil".
Daha ətraflı "Xəzər Xəbər"in süjetində: