METBUAT.AZ

Ölkə

Vüqar Məsimova yüksək vəzifə verildi

4 İyul 2024 09:22

Azərbaycan Mərkəzi Bankının (AMB) Data Departamentinə direktor təyin edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Vüqar Məsimova həvalə olunub.

O, bundan əvvəl qurumun İnformasiya texnologiyaları departamentinin bölmə rəhbəri vəzifəsində çalışıb.


metbuat.az.