METBUAT.AZ

Gündəm

Xalq artisti hadisəni belə törədib -

23 İyul 2024 14:53

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində "Medera Hospital"ın həyətində baş verib.

Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.

Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Qeyd edək ki, A.Ağayev uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir.



metbuat.az.