METBUAT.AZ

Hadisə

Xalq artisti tanışını buna görə vurub -

23 İyul 2024 11:09

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

Metbuat.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır.


metbuat.az.