18 İyul 2024 18:24
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 21 768.43 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 16.8% azdır.
Bu barədə Metbuat.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Son bir ildə ölkə üzrə ixrac 28.2% azalaraq 12 900.98 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 8.2% artaraq 8 867 milyon ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsinə 4 033.78 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2.4 dəfə az olub.