METBUAT.AZ

Ölkə

Xəzərdə nə baş verir? -

31 İyul 2024 22:20

Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 2 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.



metbuat.az.